Qırğızıstan və Tacikistan arasında təxminən 4 il əvvəl dayandırılan uçuşlar Düşənbə-Bişkek reysi ilə bərpa edilib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Airports Inc” şirkətinin mətbuat katibi Alena Xomenko bildirib.
Qeyd edək ki, iki ölkə arasındakı uçuşlar 2021-ci ilin may ayında sərhəd mübahisəsi ilə bağlı silahlı münaqişədən sonra Qırğızıstanın Tacikistan vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlər qoyması səbəbindən dayandırılmışdı.
Elmin Alışov