Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İspaniyada iş saatları aşağı edilir - Qanun
dünya

İspaniyada iş saatları aşağı edilir - Qanun

06-05-2025 17:00 15 Просмотров
IMG

İspaniya hökuməti iş həftəsinin 40 saatdan 37,5 saata endirilməsini nəzərdə tutmuş qanun layihəsini təsdiqləyib.

Tvit.az xəbər verir ki, bunu baş nazirin müavini, Krallığın əmək və sosial iqtisadiyyat naziri Yolanda Diaz mətbuat konfransında bildirib.

Qeyd edilib ki, daha yaxşı İspaniyaya doğru irəliləmək, biznesi və iş dünyasını modernləşdirmək və insanların bir az daha xoşbəxt olmasına kömək etmək məqsədilə qərar Nazirlər Şurasının həftəlik iclasında qəbul edilib. 

Əməkhaqqının azaldılmasını təmin etməyən yenilik 48 milyonluq krallıqda təxminən 12,5 milyon insana təsir edəcək.

Aysel Şirinova