Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Ağdaşda maşın tələbəni vurub öldürdü
turizm

Ağdaşda maşın tələbəni vurub öldürdü

06-05-2025 18:00 23 Просмотров
IMG

Ağdaşda avtomobil piyadanı vurub.

"Tvit.az" xəbər verir ki, bu gün Ağdaş şəhərində Murad Əsədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədov vurulub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yeniyetmənin Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb.