Müasir aviasiya tarixində ən böyük hava döyüşlərindən biri Hindistan və Pakistan sərhədində baş verib.
Tvit.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Pakistanın yüksək səviyyəli təhlükəsizlik mənbəsi telekanala bildirib ki, 5 Hindistan təyyarəsinin vurulması ilə nəticələnən Pakistan və Hindistan qırıcıları arasındakı qarşıdurma müasir aviasiya tarixində ən böyük və ən uzun döyüşlərdən biri olub.
Elmin Alışov