Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm “Prado”nu aşırdı: 2 azyaşlı övladı və qohumu öldü - Foto
turizm

“Prado”nu aşırdı: 2 azyaşlı övladı və qohumu öldü - Foto

09-05-2025 15:00 21 Просмотров
IMG

Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az Reoprta-a istinadən xəbər verir ki, bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

İlkin məlumata əsasən, "Toyota Prado" markalı, 10 RV 404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü İxtiyar Əliyar oğlu Teymurovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

 

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Əli Teymurov və 2016-cı il təvəllüdlü Banu Teymurova, qohumu, 2002-ci il təvəllüdlü Aydın Təhmasib oğlu Alışov hadisə yerində həyatlarını itiriblər.

 

Faktla bağlı araşdırma aparılır.