Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiya və ABŞ dialoqu Yaxın Şərqdə sülhə töhfə verə bilər - Fələstin səfiri
dünya

Rusiya və ABŞ dialoqu Yaxın Şərqdə sülhə töhfə verə bilər - Fələstin səfiri

14-05-2025 17:00 25 Просмотров
IMG

Rusiya-Amerika dialoqu Yaxın Şərqdə sülhə töhfə verə bilər.

Tvit.az xəbər verir ki, bunu  Fələstinin Rusiya Federasiyasındakı səfiri Abdel Hafiz Nofəl “Rusiya - İslam dünyası: KazanForum” beynəlxalq iqtisadi forumunun kuluarlarında deyib.

"Biz hesab edirik ki, Rusiya, Çin, Hindistan - BRİKS - yeni dünyadır. Onlar birlikdə təsir göstərə bilər. Eyni zamanda, Rusiya-Amerika münasibətlərinin yaxşılaşdırılması həm də İsrailin hücumunu dayandırmaq üçün fürsət ola bilər", - diplomat bildirib.