Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Arvadını döydü, xəstəxanada xuliqanlıq etdi
turizm

Arvadını döydü, xəstəxanada xuliqanlıq etdi

14-05-2025 17:00 22 Просмотров
IMG

Goranboy rayonunda həyat yoldaşını döyən şəxs xəstəxanada xuliqanlıq edib.

 

Tvit.az Oxu.az-a istinadla xəbər verir ki, Goranboy rayon sakini Sevinc Həsənova döyülmə nəticəsində xəsarət alması barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

 

S.Həsənova xəstəxanaya qəbul edilərkən onun həyat yoldaşı, Kəlbəcər rayonunda qeydiyyatda olan Habil Həsənov onun arxasınca xəstəxanaya gəlib və həyat yoldaşının tibb müəssisəsinə qəbul olunmasına etiraz edib. Xəstəxana mühafizəçiləri onu intizama dəvət etsələr də, H.Həsənov onlara məhəl qoymadan hərəkətlərinə davam edib.

 

Hadisə yerinə polis əməkdaşları gəliblər. O, polisə də tabe olmayıb.


H.Həsənov saxlanılaraq polis şöbəsinə aparılıb və barəsində inzibati protokol tətbiq edilərək sərbəst buraxılıb.

 

İş məhkəməyə göndərilib.

 

Goranboy Rayon Məhkəməsinin qərarı ilə H.Həsənov 150 manat cərimə edilib.