Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Tvit.az xəbər verir ki, tender əmək yarmarkalarının təşkili xidmətlərinin satın alınması ilə bağlı idi.
Tenderin qalibi "Enem-Ay Audit and Tax" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 141 min 246 manat təşkil edib.