Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница iqtisadiyyat Azərbaycanın xarici ticarət dövriyyəsində kəskin artım
iqtisadiyyat

Azərbaycanın xarici ticarət dövriyyəsində kəskin artım

19-05-2025 19:00 23 Просмотров
IMG

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

 

Tvit.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 24,1 % çoxdur.


Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.

 

Son nəticədə xarici ticarətdə 651,79 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 4,15 dəfə azdır.