İngiltərə Rusiyanın hərbi, enerji və maliyyə sektorlarını, həmçinin müəyyən şəxslər və qurumları hədəf alan 100 yeni sanksiya elan edib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İngiltərə xarici işlər nazirliyi son sanksiyalarının Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 17-ci sanksiyalar paketi öncəsi elan edildiyini və bu addımların Ukraynada davamlı sülhün əldə edilməsi üçün beynəlxalq səylərin bir hissəsi olduğunu bildirib.
Elmin Alışov