Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rumıniya Durovun bəyanatından sonra prezident seçkilərinin nəticələrini ləğv etməyi tələb edir
dünya

Rumıniya Durovun bəyanatından sonra prezident seçkilərinin nəticələrini ləğv etməyi tələb edir

20-05-2025 22:00 13 Просмотров
IMG

Rumıniyada keçirilən prezident seçkilərində uduzan mühafizəkar siyasətçi George Simion Telegram-ın yaradıcısı Pavel Durovun sözlərinə görə nəticələrin ləğv edilməsini tələb edib.

Tvit.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Mən rəsmi olaraq Konstitusiya Məhkəməsindən prezident seçkilərinin nəticələrini ləğv etməyi tələb edirəm. Dekabrdakı seçkilər də eyni səbəblərə görə ləğv edildi: xarici müdaxilə. Nə Fransanın , nə Moldovanın, nə də başqasının seçkilərə müdaxilə etmək hüququ yoxdur", - deyə o yazıb.

Aysel Şirinova