Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Ali Məclis Naxçıvanda yeni naziri vəzifəsinə təsdiqlədi
siyasət

Ali Məclis Naxçıvanda yeni naziri vəzifəsinə təsdiqlədi

21-05-2025 15:00 21 Просмотров
IMG

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.

"Tvit.az"ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin vəzifəyə təsdiq edilməsinin müzakirəsi zamanı Ali Məclis sədrinin birinci müavini bildirib ki, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə namizəd barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2025-ci il 20 may tarixli təklifi Ali Məclisə daxil olub.

Təqdimat oxunub, namizəd haqqında ətraflı məlumat verildikdən sonra “Rafail Cəbrayıl oğlu Quliyevin Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə təsdiq edilməsi haqqında” Naxçıvan MR-in Ali Məclisinin Qərarı oxunub və səsə qoyularaq qəbul edilib