Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiya hava limanlarına qoyulan məhdudiyyətlər aradan qaldırıldı
dünya

Rusiya hava limanlarına qoyulan məhdudiyyətlər aradan qaldırıldı

21-05-2025 15:00 50 Просмотров
IMG

Moskvanın Şeremetyevo, Jukovski və Domodedovo hava limanlarının fəaliyyətinə qoyulan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

"Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib", - məlumatda deyilib.

Qeyd edək ki, Vladimir, İvanovo və Kaluqa hava limanlarında müvəqqəti məhdudiyyətlər qüvvədə qalır. 

Aysel Şirinova