Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm "Prius"u ötən VAZ-ın sürücüsü küçədə döyüldü
turizm

"Prius"u ötən VAZ-ın sürücüsü küçədə döyüldü

21-05-2025 20:00 21 Просмотров
IMG

Abşeron rayonunda "Toyota Prius" avtomobilinin sürücüsü digər sürücüyə hücum edib.

 

Tvit.az-ın məlumatına görə, hadisə rayonun Saray qəsəbəsi ərazisindəki Duz gölünün yanında baş verib. "Toyota Prius"un sürücüsü onu yolda keçən VAZ-2107 avtomobilini saxlayaraq, həmin avtomobilin sürücüsünü döyüb. O, sürücünün baş və bədən nahiyələrinə bir neçə yumruq zərbəsi endirdikdən sonra avtomobili də təpikləyib yararsız hala salıb. Daha sonra "Toyota Prius"un sürücüsü hadisə yerindən qaçıb.

 

VAZ-2107 avtomobilinin sürücüsü hadisə barədə polisə məlumat verib və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

 

Məhkəmənin hökmü ilə "Toyota Prius"un sürücüsü Rafiq Babayevə iki il azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq taxılıb.