Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Zirə qəsəbəsindəki qaz xəttinin kipliyə sınaq olunması məqsədi ilə 22.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Həmin müddətdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.