Əgər müdafiəyə daha çox pul xərcləməsək əsl problemlə üzləşəcəyik.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
“Müdafiə xərclərimizi 2 faiz səviyyəsində saxlasaq, indi özümüzü müdafiə edə bilərik. Amma ən azından yaxın gələcəkdə müdafiəyə daha çox xərcləməsək əsl problemlə üzləşəcəyik”,- deyə katib qeyd edib.
Elmin Alışov