İordan çayının qərb sahilinin Cenin şəhərində hərbçilərin səfir və diplomatlardan ibarət nümayəndə heyətinə atəş açmasına görə Yaponiya hökuməti İsrailə etiraz notası göndərib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri İvaya Takeşi bildirib.
“Belə bir hadisənin baş verməsi həqiqətən təəssüf doğurur”,- deyə nazir qeyd edib.
Elmin Alışov