Ukrayna ilə İstanbulda aparılan danışıqlarda əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində işləri davam etdiririk.
Tvit.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Bu, kifayət qədər səy və vaxt tələb edən bir məsələdir. İşlər davam edir. Hər kəs bunun ən qısa zamanda həyata keçirilməsinin tərəfdarıdır”,- deyə Peskov vurğulayıb.
Elmin Alışov