Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Kanalda 12 gün əvvəl batmış şəxsin meyiti çıxarıldı
sosial

Kanalda 12 gün əvvəl batmış şəxsin meyiti çıxarıldı

22-05-2025 22:00 20 Просмотров
IMG

Mayın 10-da Şirvan suvarma kanalının Ağdaş rayonu, Aşağı Ağcayazı kəndindən keçən hissəsində batması ehtimal edilən 1 nəfərin axtarışları yekunlaşıb.


Bu barədə Tvit.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində vətəndaşın meyiti Şirvan suvarma kanalının Göyçay rayonu, Bığır kəndi ərazisindən keçən hissəsində tapılıb və müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.