Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Əlcəzair Qəzza ilə bağlı qətnamə hazırladı
dünya

Əlcəzair Qəzza ilə bağlı qətnamə hazırladı

22-05-2025 22:00 27 Просмотров
IMG

Əlcəzair BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq üzrə yeni qətnamə layihəsi hazırlayıb.

 Tvit.az xarici mediaya istinadla  xəbər verir ki, qətnamədə Qəzza sektoruna humanitar yardımın verilməsi ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması tələbi yer alıb.

Sənədlə bağlı səsvermə mayın 28-də keçiriləcək. 

"İsrailin Vaşinqtondakı səfirliyinin iki işçisinin ölümünə səbəb olan amansız terror aktından 24 saatdan az sonra Əlcəzair İsrail əleyhinə qətnamə layihəsi yayıb. Bu qətnamə gələn çərşənbə səsverməyə çıxarılacaq", - jurnalistlərə yayılan bəyanatda deyilir.

"Qətnamə layihəsi Qəzzaya humanitar yardımın çatdırılması, məhbusların azad edilməsi və İsrail qoşunlarının] Qəzzadan tam çıxarılması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırır. Bununla yanaşı, 2023-cü il oktyabrın 7-də İsrailə qarşı törədilən terror aktından da söz açılmayıb