Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Mikayıl Cabbarov: "Ağdam Sənaye Parkı rezidentlərin sayına görə Azərbaycanda ikinci sənaye parkıdır"
sosial

Mikayıl Cabbarov: "Ağdam Sənaye Parkı rezidentlərin sayına görə Azərbaycanda ikinci sənaye parkıdır"

23-05-2025 19:00 28 Просмотров
IMG

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Ağdam Sənaye Parkı rezidentlərin sayına görə Azərbaycanda ikinci sənaye parkıdır.

 

Tvit.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident Administrasiyasının və işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin Sənaye Parkında sahibkarlıq subyektləri üçün təmin edilmiş şəraitlə tanışlıq zamanı bildirib.


"Burada ümumilikdə 31 olmaqla, 27müəssisə rezident, 4 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Sənaye Parkında divar kağızının istehsalçısı olan "Mister Decor", rabitə və işarəvermə, mikroprosessor mərkəzləşmə sistemi avadanlığı istehsalçısı olan "Rail Trans Service", orta və aşağıgərginlikli qurğu, monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün şarjdoldurma avadanlığı istehsalçısı olan "Eel Electric" və təhlükəsizlik ayaqqabıları, poliuretan çəkmələr istehsalçısı olan “BAFCO İnvest” məhdud məsuliyyətli cəmiyyətlərinin fəaliyyəti barədə məlumatlar təqdim olunub", - nazir qeyd edib.


Qeyd edək ki, Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb və 190 hektar ərazini əhatə edir.