Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Minsk Azərbaycana Belarusdan olan daşıyıcılar üçün yol vergisinin ləğv etməyi təklif edir
siyasət

Minsk Azərbaycana Belarusdan olan daşıyıcılar üçün yol vergisinin ləğv etməyi təklif edir

27-05-2025 16:00 40 Просмотров
IMG

Belarus Azərbaycan ərazisində bu ölkədən olan daşıyıcıları üçün yol vergisinin ləğv edilməsini təklif edir.

 

“Report” “Belta”ya istinadən xəbər verir ki, bunu Belarus Nəqliyyat və Kommunikasiya nazirinin müavini Sergey Dubina "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı məsələlərinə dair dəyirmi masada bildirib.

 

O qeyd edib ki, səmərəli logistika, prosedurların sadələşdirilməsi və daşıma şərtlərinin bərabərləşdirilməsi xərcləri azaltmağa və ölkələr arasında yük axınını artırmağa imkan verəcək:

 

"Növbəti addım olaraq Azərbaycan ərazisində belaruslu daşıyıcılar üçün yol vergisinin ləğvini nəzərdən keçirməyi təklif edirik. Belarus hələ 2019-cu ildə xarici dövlətlərin avtomobil nəqliyyat vasitələrinin ümumi istifadədə olan yollarla hərəkəti üçün vergini ləğv edib. Hesab edirəm ki, iki ölkə arasında yol vergisinin tutulması şərtlərinin bərabərləşdirilməsi Azərbaycan ərazisindən yük axınını artırmağa imkan verəcək".

 

Eyni zamanda Belarus tərəfi bütün növ avtomobil daşımaları üçün icazə sistemindən imtina etməyi təklif edib. S.Dubinanın fikrincə, multimodal marşrutların inkişafı və maneələrin aradan qaldırılması qarşılıqlı ticarət dövriyyəsinin artması və iqtisadi inteqrasiyanın güclənməsi üçün zəmin yaradacaq.

 

Nazir müavini multimodal daşımaların fəal inkişafını qeyd edib: “Dəhlizin qərb qolu üzrə Belarus artıq Çinə iki konteynerlə yük qatarı göndərib”.

 

Bundan əlavə, 2025-ci ildə ilk dəfə olaraq marşrutun şərq qolu ilə daşıma həyata keçirilib. Yüklər Rusiya, Qazaxıstan, Türkmənistan və İran vasitəsilə daha sonra dəniz nəqliyyatı ilə Çinə çatdırılıb.