Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Rusiya məhkəməsi azərbaycanlı bloqer barəsindəki qiyabi həbs qərarını qanuni sayıb
sosial

Rusiya məhkəməsi azərbaycanlı bloqer barəsindəki qiyabi həbs qərarını qanuni sayıb

27-05-2025 19:00 34 Просмотров
IMG

Moskva məhkəməsi 170 milyon rublu vergidən yayındırmaqda təqsirləndirilən azərbaycanlı bloqer Hüseyn Həsənovun barəsində çıxarılan qiyabi həbs qərarını qanuni hesab edib.

 

Tvit.az TASS-a istinadən xəbər verir ki, onun apellyasiya şikayəti təmin olunmayıb.

 

Qeyd edək ki, o, 2019-2021-ci illəri əhatə edən dövrdə vergi ödəməməkdə, eləcə də cinayət yolu ilə əldə olunan külli-miqdarda vəsaitin leqallaşdırılmasında təqsirləndirilir.