Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Millimiz dünya çempionatında 1/4 finala adladı
СПОРТ

Millimiz dünya çempionatında 1/4 finala adladı

27-05-2025 22:00 45 Просмотров
IMG

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında 1/4 finala adlayıb.

 

Tvit.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığma 1/8 finalda son dünya çempionu Rumıniya ilə üz-üzə gəlib.

 

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

 

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (2:1) komandamız növbəti mərhələyə adlayıb.

 

Qeyd edək ki, Azərbaycan 1/4 finalda İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.