Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət CAR Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu ünvanlayıb
siyasət

CAR Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu ünvanlayıb

28-05-2025 19:00 38 Просмотров
IMG

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Tvit.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Zati-aliləri.

 

Əlamətdar tarix, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

 

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan gözəl dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətimizi bir daha bəyan edirəm.


Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".