Əfqanıstan ilə Pakistan arasında Həlmənd vilayətinin mübahisəli sərhəd bölgəsi olan Bəhramça ərazisində silahlı toqquşmalar başlayıb.
Tvit.az xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə" agentliyi məlumat yayıb.
“Pakistan tərəfində yeni sərhəd nəzarət-keçid məntəqələrinin inşası fonunda toqquşmalar baş verib,” – deyə bildirilib.
Bundan əvvəl Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyat çərçivəsində Adampur aviabazasının məhv edildiyi açıqlanıb.
Xatırladaq ki, Hindistanın Baş naziri Narendra Modi isə 12 may tarixində Pakistana qarşı zərbələrin dayandırıldığını bəyan edib.
Aysel Şirinova