ABŞ-nin sabiq prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden onun sağlamlıq vəziyyəti barədə nə bildiyini açıqlamalıdır.
Tvit.az xəbər verir ki, bu çağırışla Ağ Evin mətbuat katibi Kerolayn Levit brifinq zamanı çıxış edib.
“Düşünürəm ki, sabiq birinci xanım mütləq bu barədə danışmalıdır — o nə görmüşdü, bunu nə vaxt görmüşdü və nə bilirdi,” – deyə Levit bildirib.
Levittin fikrincə, keçmiş Amerika liderinin real sağlamlıq vəziyyəti ilə bağlı məlumatların gizlədilməsi baş verib.
Bundan əvvəl məlum olub ki, ABŞ Ədliyyə Nazirliyi Co Baydendə prostat xərçəngi aşkar edilməsi ilə əlaqədar onun həyat yoldaşı Cill Baydeni məhkəməyə vermək niyyətindədir.