Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Azərbaycanı Dünya Seriyasında iki güləşçi təmsil edəcək
СПОРТ

Azərbaycanı Dünya Seriyasında iki güləşçi təmsil edəcək

30-05-2025 18:00 39 Просмотров
IMG

Xorvatiyanın Poreç şəhərində keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının ikinci mərhələsində Azərbaycanı iki idmançı təmsil edəcək.

 

Tvit.az xəbər verir ki, iki gün davam edəcək yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 3 qat dünya çempionu İbrahim Yusubov (90 kq) və debütant Vüsal Əliyev (70 kq) mübarizə aparacaq.

 

Sabah qrup mərhələsinin görüşləri keçiriləcək. Həlledici qarşılaşmalar iyunun 1-də baş tutacaq. Görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

 

Xatırladaq ki, Dünya Seriyası 5 mərhələdən ibarətdir. Yekunda bütün mərhələlər üzrə ən çox xal toplayan güləşçilər dünya çempionu ünvanına sahib çıxacaqlar.