Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayev ilə görüşüb.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Görüşdə Rusiya-Azərbaycan əməkdaşlığının müxtəlif sahələri, o cümlədən informasiya təhlükəsizliyi məsələləri müzakirə edilib.
Hər iki tərəf 22 fevral 2022-ci il tarixində ali səviyyədə imzalanmış Müttəfiqlik qarşılıqlı fəliyyəti haqqında Bəyannamənin müddəaları əsasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.