Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Çin "Airbus"-dan yüzlərlə təyyarə sifariş edəcək
dünya

Çin "Airbus"-dan yüzlərlə təyyarə sifariş edəcək

04-06-2025 15:00 66 Просмотров
IMG

Çin hakimiyyət orqanları gələn ay Airbus korporasiyasından bir neçə yüz təyyarə sifariş etməyi planlaşdırır.
Tvit.az xəbər verir ki, bu barədə Bloomberg danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən xəbər verir.

Bildirilir ki, sifariş Avropa liderlərinin Pekinə səfərinə təsadüf edəcək və ölkələr arasında uzunmüddətli əlaqələrin rəmzi olacaq.

Mənbələrin sözlərinə görə, sövdələşməyə təqribən 300 təyyarə daxil ola bilər — bunlar həm dar, həm də geniş gövdəli modellər olacaq.

Eyni zamanda, mənbələr danışıqların qeyri-sabit olduğunu və müzakirələrin uzana biləcəyini və ya ümumiyyətlə heç bir razılaşmanın əldə olunmaya biləcəyini vurğulayıblar.

Xatırladaq ki, "Airbus" Avropa İttifaqının sənaye əməkdaşlığının nümunəsi kimi yaradılıb və dünyanın ən böyük təyyarə istehsalçılarından biridir. 

Aysel Şirinova