Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Tovuzda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
turizm

Tovuzda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

04-06-2025 18:00 45 Просмотров
IMG

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az-ın Oxu.az-a istinadən məlumatına görə hadisə rayonun İbrahimhacılı kəndinin yaxınlığında qeydə alınıb.

 

VAZ-2106 və VAZ-2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 4-ü, saat 14:50-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (üç kişi və iki qadın) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.


"Müxtəlif travmalar alan şəxslərin hər birinə zəruri tibbi xidmət göstərilib. Bir nəfərin vəziyyəti orta ağır, dörd nəfərin vəziyyəti isə stabil olaraq qiymətləndirilir. Vəziyyəti orta-ağır olan şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir",- deyə məlumatda bildirilir.