Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiya Xarici İşlər Nazirliyi: Qəzzada qan tökülməsini dayandırmaq üçün daha bir şans ABŞ-ın günahı üzündən əldən verildi
dünya

Rusiya Xarici İşlər Nazirliyi: Qəzzada qan tökülməsini dayandırmaq üçün daha bir şans ABŞ-ın günahı üzündən əldən verildi

05-06-2025 17:00 31 Просмотров
IMG

ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzzədə atəşkəsin əldə olunmasına dair qətnamə layihəsinin əleyhinə səs verib. Beləliklə, Vaşinqtonun günahı ucbatından regionda qan tökülməsinin dayandırılması üçün daha bir fürsət əldən verilib.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

“ABŞ nümayəndələri, Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamə layihələrinə qarşı böhranın başlanğıcından etibarən artıq 7-ci dəfə veto hüququndan istifadə edərək, bu dəfə də əleyhinə çıxıblar. ABŞ tərəfi əslində mətndə yer alan, Misir və Qətər vasitəçiləri ilə birgə hazırlanmış İsraillə HƏMAS arasında ‘razılaşma’ya dair öz planını da rədd etmiş oldu,” – deyə nazirlik vurğulayıb.

 Bildirilib ki, bununla da Qəzzada təxminən 55 min insanın öldüyü və 125 min insanın yaralandığı dəhşətli qan tökülmənin və aclığın qarşısını almaq üçün daha bir imkan itirilib.