Bu barədə Litva Müdafiə Nazirliyində məlumat verilib.
"Bəyannamədə Tərəflərin Baltik dənizinin təhlükəsizliyinin möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiq edir", - bəyanatda deyilir.
Litva Müdafiə Nazirliyi qeyd edib ki, təhlükəsizlik NATO və Aİ arasında sıx əməkdaşlıq, koordinasiyalı informasiya mübadiləsi və "regionda düşmənçilik fəaliyyətinin çəkindirməsi" yolu ilə təmin olunmalıdır.
NATO-nun baş katibi Mark Rutte bundan bir gün əvvəl bildirmişdi ki, Şimali Atlantika Alyansı Qara və Baltik dənizlərini öz məsuliyyətinin regionları hesab edir.