Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Ən yüksək balı topladı, seçəcəyi universiteti açıqladı
sosial

Ən yüksək balı topladı, seçəcəyi universiteti açıqladı

18-06-2025 23:00 23 Просмотров
IMG

IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə – 697.5 bal toplayan abituriyent Aylin Xəlilova hansı universiteti seçəcəyini açıqlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Teleqraf-a danışan Aylin Azərbaycan Tibb Universitetini seçəcəyini bildirib:

 

“Atam da həkimdir, ümumi cərrahdır. O mənə böyük dəstək oldu. Bu nəticənin gələcəyini gözləyirdim, amma içimdə bir az qorxu var idi. Təhsilimi Azərbaycanda almaq istəyirəm. Gələcəkdə isə xaricdə təhsil almağı düşünürəm. Fikrimcə, suallar normal idi. Hər kəs düşünür ki, suallar asan olmalıdır, ancaq belə deyil".