Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Peskov: İran və İsrail arasında münaqişənin kəskinləşməsi…
dünya

Peskov: İran və İsrail arasında münaqişənin kəskinləşməsi…

20-06-2025 13:00 19 Просмотров
IMG

İran və İsrail arasında münaqişənin kəskinləşməsi yeni iştirakçıların cəlb olunması və onun coğrafiyasının genişlənməsi ilə doludur. 


Tvit.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


"Qırmızı xətləri ilk növbədə, region ölkələri çəkməlidir. Çünki bu region indi qeyri-sabitlik və müharibə uçurumuna qərq olur. Bizim şahidi olduğumuz müharibə coğrafi genişlənmə, yeni iştirakçıların cəlb olunması və gözlənilməz nəticələrlə doludur”,- deyə Kreml rəsmisi qeyd edib.


Elmin Alışov