Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Şəhid Fuad Ələsgərovun nəşinin qalıqları dəfn edildi
sosial

Şəhid Fuad Ələsgərovun nəşinin qalıqları dəfn edildi

20-06-2025 16:00 30 Просмотров
IMG

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid-hərbçi, 1974-cü il təvəllüdlü Ələsgərov Fuad Cəfər oğlunun meyitinin qalıqları Tovuz rayonun Ağbaşlar kəndində dəfn edilib.

"Tvit.az"ın məlumatına görə, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbirstanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki Ələsgərov Fuad Cəfər oğlu I Qarabağ müharibəsində 1993- cü ildə Füzuli rayonu ərazisində itkin düşmüşdür.