ABŞ kəşfiyyatı İranın Qətərdəki Əl-Udeiddəki ABŞ hərbi bazasına mümkün zərbəsi barədə xəbərdarlıq edib.
Bu barədə Fox News məlumat yayıb.
"Əhəmiyyətli kəşfiyyat xəbərdarlığı indi Yaxın Şərqdəki ən böyük ABŞ hərbi hava bazasına ev sahibliyi edən Qətərə yönəlib", - deyə qeyd edilib.
Bundan əlavə telekanalın hesabatında "İranın Əl Udeid bazasına qarşı orta mənzilli qanadlı və ballistik raketlərdən və ya pilotsuz təyyarələrdən istifadə edəcəyi ilə bağlı narahatlıqların olduğu deyilir.