Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Qətərdəki amerikalılara xəbərdarlıq edildi
dünya

Qətərdəki amerikalılara xəbərdarlıq edildi

23-06-2025 21:00 18 Просмотров
IMG

ABŞ-nin Qətərdəki səfirliyi bu ölkədəki amerikalılara İranın ABŞ hərbi obyektlərinə zərbələr endirəcəyi təqdirdə sığınacaq axtarmağı tövsiyə edib.

Tvit.az xəbər verir ki, müvafiq mesaj diplomatik missiyanın saytında dərc olunub.

"Ehtiyat tədbiri olaraq, ABŞ vətəndaşlarına sığınacaq axtarmalarını və növbəti xəbərdarlıq edilənə qədər orada qalmalarını tövsiyə edirik", - bəyanatda deyilir.

Bundan əvvəl Qətər hakimiyyəti ölkə vətəndaşlarının, sakinlərinin və qonaqlarının təhlükəsizliyini təmin etmək üçün hava məkanını müvəqqəti bağlamaq qərarına gəlib.

Aysel Şirinova