Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ-ın Suriyadakı hərbi bazası həyəcan vəziyyətindədir
dünya

ABŞ-ın Suriyadakı hərbi bazası həyəcan vəziyyətindədir

23-06-2025 22:00 41 Просмотров
IMG

 ABŞ-nin Suriyanın şimal-şərqindəki Kəsrakdakı əsas hərbi bazası İran və onun nəzarətində olan silahlı qrupların potensial hücum təhlükəsi səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.

Tvit.az Suriya TV-yə istinadən xəbər verir ki, bazada həyəcan təbili çalınıb və Amerika hərbçiləri mümkün hücumu dəf etmək üçün hava hücumundan müdafiə sistemlərini hazırlayıb.

Suriyanın təhlükəsizlik xidmətindəki mənbə Suriya televiziyasına bildirib ki, şimal-şərqdəki Həsəkə əyalətində qalan Amerika qüvvələrinin əsas hissəsi Kəsraqda cəmlənib.

Aysel Şirinova