İstənilən cavab tədbirləri və artan hərbi fəallıq sabitliyin pozulmasına gətirib çıxarır.
Tvit.az TASS-a istinadla xəbər verir ki, bu barədə brifinq zamanı BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
O, İranın ABŞ hərbi bazaları istiqamətində raket atması ilə bağlı xəbərləri belə şərh edib.
“Döyüşlər və hərbi fəallığın artması, gələcək əks tədbirlər, baş katibin qeyd etdiyi kimi, sabitliyi yalnız artırır”, - deyə rəsmi nümayəndə bildirib.
Aysel Şirinova