Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran: ABŞ bazasına hücum Qətər hökumətinə qarşı bir hərəkət kimi qəbul edilməməlidir
dünya

İran: ABŞ bazasına hücum Qətər hökumətinə qarşı bir hərəkət kimi qəbul edilməməlidir

24-06-2025 17:00 33 Просмотров
IMG

İranın xarici işlər naziri Abbas Əraqçı Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə ABŞ və İsrailin İrana hücumundan sonra bölgədə baş verən son hadisələri müzakirə edib.


Tvit.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirliyindən açıqlama verilib.


Əraqçı İranın ABŞ-ın Əl Udeid bazasına qarşı hərəkətinin ABŞ-ın 22 iyunda İranın ərazi bütövlüyü və milli suverenliyinə hərbi hücumuna cavab olaraq özünümüdafiə hüququ çərçivəsində həyata keçirildiyini bildirib və bu addımın dost və qardaş Qətər hökumətinə qarşı bir hərəkət kimi qiymətləndirilməməsi lazım olduğunu vurğulayıb.


Elmin Alışov