Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница iqtisadiyyat Azərbaycanın beynəlxalq ehtiyatları 13.1 milyard olacaq
iqtisadiyyat

Azərbaycanın beynəlxalq ehtiyatları 13.1 milyard olacaq

27-06-2025 18:00 20 Просмотров
IMG

Azərbaycanın beynəlxalq ehtiyatları 2025-ci ilin sonunda 13,1 milyard ABŞ dollarına çatacaq.

 

Tvit.az Report-a istinadla xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi məlumat verib.

 

Bildirilib ki, 2024-cü ildə ölkənin ehtiyatları, o cümlədən qızıl ehtiyatları 12,7 milyard ABŞ dolları təşkil edib.

 

“Fitch”in proqnozlarına görə, 2026-cı ildə bu göstərici 13,3 milyard ABŞ dollarına qədər artacaq.

 

2025-ci il iyunun 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11,094 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

 

Qeyd edək ki, cari ilin birinci rübündə Azərbaycanın strateji valyuta ehtiyatları 2,5 milyard ABŞ dolları artaraq 73,5 milyard ABŞ dollarına çatıb. Agentliyin qiymətləndirmələrinə görə, 2025-ci ilin sonunda strateji valyuta ehtiyatları 74 milyard ABŞ dolları təşkil edəcək ki, bu da ÜDM-in 98,4 %-nə bərabərdir.