Saatlı sakini əmisinə xəsarət yetirib.
Tvit.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Saatlı rayonunun Mustafabəyli kəndində qeydə alınıb. Kənd sakini 16 yaşlı A.S. əmisinə - 1963-cü il təvəllüdlü Səttar Ağayevə şüşə ilə xəsarət yetirib. S. Ağayev Şirvan xəstəxanasına yerləşdirilib.
Hadisənin su üstündə yaranan mübahisəyə görə baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.