İranın nüvə sənayesi bombardman etməklə məhv edilə bilməz.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.
“Nüvə sənayesi bombardmanla məhv edilə bilən bir şey deyil. Bu, yerli və milli sənayedir. Onun tərəqqisi davamlı və fasiləsiz davam edəcək”,- deyə rəhbər qeyd edib.
Elmin Alışov