Avropanın bir sıra bölgələrini iyun ayında başlayaraq davam edən güclü istilər bürüyüb,
Tvit.az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, temperatur göstəriciləri normanı xeyli üstələyir və təkcə Qərbi Avropanı deyil, həm də Şimali Afrika, Yaxın Şərq və Mərkəzi Asiyanın bəzi hissələrini əhatə edir.
İspaniya, Portuqaliya, İtaliya və Yunanıstanda temperatur +45 °C-ni ötüb. Cənubi İspaniyada +46 °C, Portuqaliyanın More şəhərində isə iyun ayı üzrə yeni milli rekord – +46,6 °C qeydə alınıb. Fransada Meteo-France 16 departamentdə qırmızı təhlükə səviyyəsi elan edib, 1800-dən çox məktəb bağlanıb.
İtaliyada isə Bolonyada bir fəhlənin ölümü ilə nəticələnən hadisədən sonra bəzi regionlarda günün isti saatlarında açıq havada işləmək qadağan edilib. Meteoroloqlar yaxın günlərdə istilərin davam edəcəyini, xüsusilə Almaniyada temperaturun +40 °C-yə çata biləcəyini proqnozlaşdırırlar.
Aysel Şirinova