Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница şou-biznes "Dövlətin ayırdığı pulsuz dərmanı ala bilmirəm" - Əməkdar artist TƏBİB-dən şikayətləndi
şou-biznes

"Dövlətin ayırdığı pulsuz dərmanı ala bilmirəm" - Əməkdar artist TƏBİB-dən şikayətləndi

04-07-2025 10:00 30 Просмотров
IMG

Əməkdar artist Rəhman Rəhmanov TƏBİB-ə müraciət edib. 

"Tvit.az" xəbər verir ki, aktyor "Günə bax" proqramına açıqlama verərək, dövlət tərəfindən ayrılan dərmanları almaqda çətinlik çəkdiyini deyib:

"25 ildir şəkər xəstəsiyəm, 15 saylı poliklinikada qeydiyyatdayam. Hər şey yaxşıdır, amma problemimiz var: Biləcəridə 2500-ə yaxın diabet xəstəsi var. Dövlət tərəfindən dərman ayrılır, təmənnasızdır. Sağ olsunlar. Amma bunu almaq problem olur. Bizim poliklinakının özündə imtiyazlı aptek yaradılmışdı, gəlirdi xəstələr alıb gedirdi. İndi isə apteki ləğv etdilər, apardılar 9-cu mikrorayon tərəfə. Neçə min diabet xəstəsi dərmanı oradan alır. O qədər növbə olur ki, almaq qeyri-mümkündür.

Kimi əsa ilə gəzir, kimi dayana bilmir. Bəzən isə növbə çatanda görürsən dərman yoxdu, qalmadı. Dərmanım 80 manat edir. Elə olur ki, əlimdə resept, gedib pul verib alıram. TƏBİB-dən xahişim budur ki, bizim Biləcəridə olan həmin imtiyazlı apteki bərpa etsinlər, bunu nəzərə alsınlar".