ABŞ Avropa İttifaqından idxal olunan kənd təsərrüfatı məhsullarına 17%-lik gömrük rüsumu tətbiq etməklə hədələyib.
Tvit.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, ABŞ tərəfi bu addımı ABŞ ilə Aİ arasında ticarət sazişinin razılaşdırılması üçün müəyyən edilmiş son tarix – 9 iyul ərəfəsində atıb.
Bildirilib ki, xəbərdarlıq 3 iyul tarixində Vaşinqtonda keçirilən görüş zamanı Aİ-nin ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviçə çatdırılıb və ertəsi gün artıq Aİ-yə üzv ölkələrin səfirlərinə təqdim olunub.
Aysel Şirinova