Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Qadın güləşçimiz Avropa çempionu oldu
СПОРТ

Qadın güləşçimiz Avropa çempionu oldu

04-07-2025 22:00 29 Просмотров
IMG

İtaliyanın Kaorle şəhərində güləş üzrə U20 Avropa çempionatı davam edir.


Azərbaycan Güləş Federasiyasından Tvit.az-a verilən məlumata görə, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

 

Ruzanna Məmmədova (62 kq) finalda almaniyalı Leoni Steyqertlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 4:3 hesablı qələbə qazanan Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.

 

Zəhra Kərimzadə (72 kq) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabı ilə məğlub olub.

 

Beləliklə, qadın millimiz qitə birinciliyini 2 qızıl medalla başa vurub. Xatırladaq ki, ötən gün Günay Qurbanova (59 kq) Avropa çempionu olmuşdu.