Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Valideyn nəzarətsizliyi iki körpəni xəstəxanalıq etdi
turizm

Valideyn nəzarətsizliyi iki körpəni xəstəxanalıq etdi

07-07-2025 18:00 40 Просмотров
IMG

Bakıda və Salyanda nəzarətsiz qaldıqları üçün siçan əleyhinə dərman və sirkə turşusu içən körpələr xəstəxanalıq olublar.

 

Tvit.az Oxu.az-a istinadla xəbər verir ki, faciəvi hadisələrdən biri ötən gün saat 18:00-da Qaradağ rayonunda, digəri isə saat 20:00-da Salyanda qeydə alınıb.

 

Birinci hadisə zamanı Səngəçal qəsəbəsindəki evdə ehtiyatsızlıqdan siçan əleyhinə dərman içən qəsəbə sakini, 2023-cü il təvəllüdlü A.Poladova ağır vəziyyətdə tibb müəssisəsinə təxliyə edilib.

 

Salyanın Noxudlu kəndində isə 2022-ci il təvəllüdlü N.Qurbanova sirkə turşusundan zəhərləndiyi üçün təcili tibbi yardıma ehtiyac yaranıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) hər iki faciəvi hadisə rəsmi şəkildə təsdiqlənib.

 

Qurumdan bildirilib ki, iyulun 6-da ikiyaşlı uşaq (qadın cinsli) siçan əleyhinə dərmandan zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təcili qəbul edilib.


Azyaşlıya dərhal həyati əhəmiyyətli tibbi xidmətlər göstərilib, rodentisid diaqnozu təyin olunub. Hazırda körpənin vəziyyəti stabildir və yaxın günlərdə ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.


Salyanın Noxudlu kəndindən 2022-ci il təvəllüdlü şəxs (qadın cinsli) iyulun 6-sı, saat 19:40-da Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təcili çatdırılıb.

 

Sirkə essensiyası ilə zəhərlənmə diaqnozu təyin edilən balaca xəstəyə bütün zəruri tibbi müdaxilələr həyata keçirilib. Hazırda körpənin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə rəsmi məlumatda vurğulanır.