Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Marsda qədim çay izləri aşkar edildi
dünya

Marsda qədim çay izləri aşkar edildi

10-07-2025 08:00 43 Просмотров
IMG

Elm adamları Marsın güclü kraterli cənub dağlıq ərazilərində təxminən 10.000 mil (təxminən 16.000 km) uzanan qədim çay yataqlarının izlərini aşkar ediblər.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mars Global Surveyor peykləri tərəfindən çəkilmiş yüksək dəqiqlikli şəkillərdə aşkar edilib.


Tədqiq olunan ərazi təxminən 10 milyon kvadrat kilometrlik bir səthi əhatə edir. Marsda əvvəllər də dəfələrlə su izləri tapılıb, lakin bu bölgə xüsusidir, çünki uzun müddətdir ki, burada suyun olduğuna dair heç bir dəlil olmadığı düşünülürdü.


Elmin Alışov